Türkiyəli seysmoloqdan XƏBƏRDARLIQ! - Bu şəhərdə 7 bal gücündə zəlzələ ola bilər
Türkiyənin Hatay vilayətində baş verən zəlzələni öncədən proqnozlaşdıran seysmoloq, professor Naci Görür bu dəfə İzmir üçün xəbərdarlıq edib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, seysmoloq İzmirdə 7 bal gücündə zəlzələ ehtimalının az olduğunu və bunun ən çox 6 bal ola biləcəyini qeyd edib.
Onun sözlərinə görə, tarix boyu bu ərazilərdə 6 baldan da yuxarı yeraltı təkanlar baş verib. Yunanıstanda qeydə alınan 6,8 bal gücündə zəlzələ belə İzmirə təsir edib.
N.Görür İzmirdə az ehtimal da olsa 6 bal gücündə zəlzələ gözlənildiyini deyib. Daha sonra o, İzmir qırılma xəttinin ani qırılması baş verərsə 7 bal gücündə zəlzələ ola biləcəyini də əlavə edib.
Oxşar xəbərlər
Təxminləri doğru çıxan seysmoloqdan bu dəfə İZMİR XƏBƏRDARLIĞI - FOTO/VİDEO
Türkiyəli seysmoloq, professor Naci Görür növbəti açıqlaması ilə bütün diqqətləri üzərinə çəkib. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, professor qatıl...