Türkiyəli professordan qorxunc açıqlama: “Qırılma davam edə bilər, qayalığa getmək lazımdır”
Ötən gecə Türkiyədə baş verən zəlzələdən sonra açıqlama verən Pr. Dr. Süleyman Pampal bildirib ki, bölgədə təhlükə hələ də davam edir.
BAKU.WS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, zəlzələnin gözlənilməz olmadığını, qırılma xəttinin 1000 kilometr uzandığını vurğulayıb.
“Bu qırılma xətti Hatayın cənubunda Ölü dəniz xətti olaraq davam edir. Suriya, Livan və İsrail istiqamətində bir vaxtlar baş verən 8 bal gücündə zəlzələlərin qeydə alındığı həmin o qırılma xəttidir.
Xəttin sərhədlərimizin daxilində olan hissəsi isə hələ tam sınmayıb. Qırılma xətti yuxarıdan aşağı doğru gəlir. Qopmalar davam edə bilər. Düzənliklər zəlzələnin sürətini 3-4 dəfə artırır. Bu zaman onun dağıdıcı gücü də artır. Düzənlikdən qayalıq yerə getmək lazımdır”.
Oxşar xəbərlər
Türkiyədə daha bir zəlzələ oldu - YENİLƏNİB - 2
Türkiyədə daha bir zəlzələ baş verib. BAKU.WS xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Bildirilib ki, zəlzələ Sivasın Gürün bölgəsində 4.1 bal gücündə qeyd...