Təxminləri doğru çıxan seysmoloqdan bu dəfə İZMİR XƏBƏRDARLIĞI - FOTO/VİDEO

Təxminləri doğru çıxan seysmoloqdan bu dəfə İZMİR XƏBƏRDARLIĞI - FOTO/VİDEO
Video
Siyasət 487

Türkiyəli seysmoloq, professor Naci Görür növbəti açıqlaması ilə bütün diqqətləri üzərinə çəkib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, professor qatıldığı iclas zamanı Türkiyədə baş verə biləcək yeni təbii fəlakət bölgələrinin adlarını sadalayıb. Seysmoloq Hakkari ilə Erzincan, Bingöl Karlıova əraziləri ilə yanaşı böyük şəhərlərdən biri olan İzmirin də adını çəkib.

İstanbuldan sonrakı zələzlənin İzmirdə olacağını deyən Naci Görür sözlərinə belə davam edib:

“İzmirlə bağlı narahatıq. Orada faəliyyətdə olan enerji var. Bu enerji hərəkətə keçərsə, böyük yeraltı təkan baş verəcək. Əsasən ətraf ərazilərdəki enerji onun aktivləşməsini təmin edir. Təxminlərim onu göstərir ki, bu aktivləşmə daha çox İzmir şəhərində mövcuddur. İzmir sözün əsl mənasında zəlzələ ocağıdır. Türkiyənin çox az şəhərində bu qədər aktiv zəlzələ ocağı var. Bu gün olmasa da, sabah mütləq təbii fəlakət baş verə bilər. Bu səbəbdən də İzmirdəki inşaatları mütləq şəkildə zəlzələyə davamlı hala gətimək lazımdır”.

Digər bir türkiyəli seysmoloq və professor Süleyman Pampal isə qardaş ölkədəki qırılmaların hələ uzun müddət davam edəcəyini söyləyib:

“Qırılmalar davam etdikcə ətrafdakı enerjinin aktivləşməsinə şərait yaranır. Buna görə də hələ bir müddət bu halla qarşılacağıq. Şimalda da yeni qırılmalar olacaq. Yerin altında kifayət qədər eneji yüklənməsi var. Bu, həmin ərazilərdə müxətlif bal gücündə zəlzələlərin olacağını göstərir”.

Son xəbərlər