Türkiyədə qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşı da olub
05
fev
2020
22:25
Türkiyənin İstanbul Sabiha Gökçen Hava limanında sərt eniş edərək üç hissəyə parçalanan "Boeing 737-800" tipli təyyarənin sərnişinləri arasında bir Azərbaycan vətəndaşı da olub.
BAKU.WS NTV-yə istinadən xəbər verir ki, təyyarədəki 177 sərnişinin çoxu Türkiyə vətəndaşıdır. Sərnişinlər arasında həmçinin 4 ABŞ, 1 Azərbaycan, 1 Türkmənistan, 1 Qazaxıstan vətəndaşı olub.
Xatırladaq ki, "Boeing 737-800" laynerinin Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsdində xəsarət alanların sayı 120 nəfərə çatıb.
Oxşar xəbərlər
İstanbulda qəzaya uğrayan təyyarədən sərnişinlər belə xilas edildi - VİDEO
İzmir-İstanbul reysini həyata keçirən "Pegasus" Hava Yollarına məxsus 177 sərnişin və 6 ekipaj üzvü olan təyyarə eniş zamanı Sabiha Gökçen hava limanındakı uçuş...