Türkiyədə bu gün koronavirusdan 17 nəfər ölüb
02
iyl
2020
22:52
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 17 nəfər ölüb.
BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində bildirib.
Nazir qeyd edib ki, son 24 saatda 49714 şübhəli koronavirus testindən keçib, onlardan 1186-nın cavabı pozitiv çıxıb. Bu gün daha 1543 xəstə sağalıb.
Türkiyədə indiyədək 202 284 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5167 nəfər ölüb, 176 965 nəfər isə müalicə olunaraq sağalıb.
Nazir bildirib ki, ən çox yoluxmaya İstanbul, Ankara, Gaziantep, Konya və Bursada rast gəlinib.
Oxşar xəbərlər
Türkiyədə bu gün koronavirusdan 16 nəfər ölüb
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 16 nəfər ölüb. BAKU.WS-in xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter”...