Türkiyədə 6 bal gücündə zəlzələ baş verdi - VİDEO
19
okt
2021
10:08
Bu gün səhər saatlarında Türkiyədə güclü zəlzələ qeydə alınıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, təbii fəlakət Akdeniz bölgəsində 6 bal gücündə qeydə alınıb. Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 08:32-də 155 km. dərinlikdə baş verib. Kandilli Rəsədxanası zəlzələnin gücünün 6.1 olduğunu açıqlayıb.
Zəlzələ Antalya şəhərində 5,8 bal gücündə hiss edilib. Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.
Oxşar xəbərlər
Bu gecə bir çox ölkədə kabus yaşandı - VİDEO
Son günlər dünyanın bir çox ölkələrində güclü zəlzələlər baş verir. BAKU.WS xəbər verir ki, ötən gecə də Türkiyə ilə yanaşı Albaniya, Kuba və İraqda yeraltı tək...