Türkiyədə 174 yanğından 160-ı nəzarətə alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin 39 vilayətində 174 yanğından 160-ı nəzarətə alınıb.
BAKU.WS APA-ya istinadən bildirir ki, bu barədə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Meşə Baş İdarəsindən 28 iyul-4 avqust tarixlərində baş verən yanğınlarla bağlı yayılan yazılı açıqlamada bildirilib.
Qeyd olunub ki, hazırda ölkənin 5 vilayətində 14 sahədə meşə yanğınları davam edir.
Bundan başqa, kənd təsərrüfatı sahəsində 98 yanğına müdaxilə edildiyi qeyd olunub.
Məlumata görə, hazırda bu yanğınlarda 16 yanğınsöndürən təyyarə, 9 pilotsuz uçuş aparatı (PUA), 51 helikopter, bir pilotsuz vertolyot, 850 suçiləyən və su tankeri, 150 inşaat texnikası və təxminən 5250 işçi heyət fəaliyyət göstərir.
Oxşar xəbərlər
Türkiyədə hansı yanğınsöndürən təyyarələrdən istifadə olunur? - FOTO/VİDEO
Türkiyədə baş verən meşə yanğınlarına 16 təyyarə, 9 pilotsuz uçuş aparatı (İHA), 51 helikopter və 1 pilotsuz vertolyotla müdaxilə edilir. BAKU.WS xəbər verir ki...