Türkiyə və ABŞ prezidentləri telefonla danışıb

Türkiyə və ABŞ prezidentləri arasında telefon söhbəti keçirilib.
BAKU.WS xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan və Donald Tramp qarşılıqlı əlaqələrin, həm regional, həm də qlobal məsələlərin həllinə dair fikirlərini müzakirə ediblər.
Ərdoğan bildirib ki, Türkiyə ilə ABŞ iki müttəfiq ölkə olaraq yeni dövrdə əməkdaşlıqlarını daha da inkişaf etdirəcək və bu istiqamətdə ciddi addımlar atılacaq. O, ABŞ Prezidentinin Rusiya ilə Ukrayna arasındakı münaqişəni sona çatdırmaq üçün atdığı qətiyyətli addımları yüksək qiymətləndirdiyini, Türkiyənin isə müharibənin başlanğıcından bəri ədalətli və davamlı sülh üçün çalışdığını vurğulayıb.
Bundan əlavə, Ərdoğan Suriyada sabitliyin bərpası, yeni administrasiyanın fəaliyyəti və normallaşmanın təmin olunması üçün sanksiyaların ləğv edilməsi sahəsində qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib. Bu tədbirlərin suriyalıların öz vətənlərinə qayıtması üçün şərait yaradacağını ifadə edib.
Türkiyə Prezidenti həmçinin ABŞ-dən terrorla mübarizə mövzusunda yeni dövrdə daha konkret addımların atılmasını gözlədiyini və iki ölkə arasında müdafiə sənayesi əməkdaşlığının inkişaf etdirilməsi üçün CAATSA sanksiyalarının ləğv edilməsi, F-16 təchizatı prosesinin yekunlaşdırılması və Türkiyənin F-35 proqramında yenidən iştirakının təmin olunmasının zəruriliyini vurğulayıb.
Oxşar xəbərlər
Qurban Məmmədov Baş Prokurorluğa çağırılıb
Qurban Məmmədov Baş Prokurorluğa çağırılıb. Baş Prokurorluqdan İTV-yə verilən məlumatda bildirilir ki, Baş Prokurorluğunun İstintaq idarəsi tərəfindən təqsirlən...
