Türkiyə səfirliyi Kiyevə qayıtdı

Türkiyə səfirliyi Kiyevə qayıtdı
Siyasət 162

Rusiyanın Ukraynada apardığı müharibə səbəbilə Ukraynanın paytaxtı Kiyevdən Çernivtsi şəhərinə köçən Türkiyə səfirliyi yenidən fəaliyyətini bərpa edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Rusiyanın Kiyev yaxınlığından çəkilməsindən sonra səfirliyin bütün əməkdaşları Kiyevə qayıdıb.

Qeyd edək ki, Türkiyə Kiyevi tərk edən sonuncu səfirlik olub. Bu gün isə Kiyevin mühasirəsi yarılandan sonra şəhərə qayıdan ilk səfirlik sayılır.

Sabahdan etibarən səfirlik işini sürətləndirəcək. Personal geniş təhlükəsizlik tədbirləri altında şəhərə gəlib.

Son xəbərlər