ABŞ-ın Kiyevdəki səfirliyi Lvova köçürülür
ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Quin və digər ABŞ diplomatları Kiyevdən Lvova köçürlər.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə bazar günü Ukraynanın “European Pravda” nəşri ABŞ diplomatik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən nümayəndəsi nəşrə bildirib ki, səfirliyin əsas komandası, departament rəhbərləri və sair Lvovda çalışacaq. Mənbənin sözlərinə görə, Amerika səfirliyinin Lvova köçürülməsi qərarı təcili olaraq qəbul edilib və təhlükəsizlik məqsədi daşıyır.
“Bu, müvəqqəti həll yoludur, təhlükəsizlik vəziyyəti imkan verən kimi səfirlik komandası Kiyevə qayıdacaq”, - deyə mənbə bildirib. O, amerikalı diplomatların Kiyevə nə vaxt qayıdacağı barədə məlumat verməyib.
Bildirilib ki, ABŞ səfirliyinin texniki heyəti Ukrayna paytaxtında işləmək, o cümlədən binaların təhlükəsizliyini təmin etmək üçün Kiyevdə qalacaq.
Oxşar xəbərlər
Kanada Ukraynadakı səfirlik əməkdaşlarının bir hissəsini geri çağırır
Kanada rəhbərliyi ölkənin Ukraynadakı səfirlik əməkdaşlarının bir hissəsini müvəqqəti olaraq geri çağırmaq qərarına gəlib. BAKU.WS “Report”a istinadən xəbər ver...