Kanada Ukraynadakı səfirlik əməkdaşlarının bir hissəsini geri çağırır
30
yan
2022
22:25
Kanada rəhbərliyi ölkənin Ukraynadakı səfirlik əməkdaşlarının bir hissəsini müvəqqəti olaraq geri çağırmaq qərarına gəlib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.
Bununla birgə, açıqlamada Kiyevdəki diplomatik nümayəndəliyin fəaliyyətini davam etdirdiyi vurğulanıb.
Qeyd edək ki, daha öncə rəsmi Ottava Rusiya-Ukrayna sərhədindəki vəziyyətlə əlaqədar 18 yaşınadək uşaqları olan diplomatların ailələrini müvəqqəti olaraq Ukraynadan geri çağırdığını açıqlamışdı.
Oxşar xəbərlər
Rusiya Gürcüstana nota verdi
Rusiya Tbilisidəki İsveç Səfirliyinin Rusiya maraqları bölməsində baş vermiş insidentlə əlaqədar Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) nota göndərib. BAKU.WS...