Daha bir ölkə səfirlik işçilərinin ailələrini Kiyevdən çıxarmağa hazırlaşır
Almaniya Xarici İşlər Nazirliyi vəziyyətin gərginləşəcəyi təqdirdə Ukraynadakı səfirlik işçilərinin ailələrini təxliyə etmək planı hazırlayır.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə “Bild” xəbər yayıb.
"Xarici İşlər Nazirliyi Almaniyanın Ukraynadakı səfirliyinin əməkdaşlarının yaxınlarının təxliyəsi üçün plan hazırlayır. Plana görə, vəziyyətin daha da pisləşəcəyi təqdirdə onlar ölkədən çıxarılmalıdır", - qəzet yazıb.
Bundan əvvəl Amerikanın “Fox News” telekanalı xəbər verib ki, ABŞ Dövlət Departamenti bazar ertəsi ABŞ-ın Ukraynadakı səfirliyindən diplomatların ailələrinin təxliyəsinə başlamaq barədə göstəriş verib. Daha sonra Dövlət Departamentinin mətbuat xidməti ABŞ-ın Ukraynadakı səfirliyinin diplomatik işçilərinin ailələrinin təxliyəsi ilə bağlı xəbərləri təsdiqləməyib və qeyd edib ki, ölkə vətəndaşları hökumətin maliyyələşdirdiyi reyslərə bel bağlamamalıdır.
Oxşar xəbərlər
ABŞ-ın Ukraynadakı səfirliyindən əməkdaşlarını təxliyə edəcəyi vaxt bəlli oldu
ABŞ Dövlət Departamenti Ukraynadakı səfirliyin əməkdaşlarının ailələrinin təxliyəsi barədə göstəriş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə...