Türkiyə prezidenti: "Putin verdiyi sözə əməl edən adamdır" - VİDEO

Türkiyə prezidenti: Putin verdiyi sözə əməl edən adamdır - VİDEO
Video
Siyasət 154

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlaması zamanı rusiyalı həmkarı Vladimir barəsində xoş sözlər işlədib.

BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Rəcəb Tayyib Ərdoğan deyib ki, Vladimir Putin ilə tanış olandan bu günə qədər onu verdiyi sözə əməl edən şəxs kimi tanıyıb:

"İkitərəfli əlaqələrimiz başqa ölkələrə nümunə olacaq səviyyədədir. İndiyədək sürdürdüyümüz münasibətləri bundan sonra da eyni şəkildə davam etdirəcəyik. Hərbi, diplomatik, iqtisadi, mədəni sahələrdə birgə fəaliyyət göstərdik və göstərəcəyik. Ticarət həcminə gəldikdə isə hədəflərimiz eynidir”.

R.T.Ərdoğan həmçinin V.Putini sözbütöv və kişi adam adlandırıb.

Qeyd edək ki, oxşar sözləri ötən həftə Rusiya prezidenti də türkiyəli həmkarı barəsində işlətmişdi.

Oxşar xəbərlər

Rusiya və Türkiyə arasında iplər qırılır - Nəticəsiz müzakirələr davam edir

Rusiya və Türkiyə arasında iplər qırılır - Nəticəsiz müzakirələr davam edir

Dünən Türkiyə və Rusiya diplomatları Moskvada İdlibdəki mövcud vəziyyəti müzakirə ediblər. BAKU.WS xəbər verir ki, İdlibdə hökumət qüvvələrini dəstəkləyən Rusiy...

2465 Siyasət 11:55 18 fevral 2020

Son xəbərlər