Türkiyə ordusu İraqın şimalında 6 terrorçunu zərərsizləşdirib
Türkiyə silahlı qüvvələri İraqın şimalında PKK terror təşkilatının 6 silahlısını zərərsizləşdirib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Türkiyə Silahlı Qüvvələri terrorçuların yuvalarını məhv etməyə davam edir. Bu fəaliyyət çərçivəsində İraqın şimalında "Pençe-Kilit" əməliyyatı zonasında müəyyən edilən 6 PKK terrorçusu zərərsizləşdirilib", - məlumatda bildirilir.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən minlərlə Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşı və mülki şəxs öldürülüb.
ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.
Oxşar xəbərlər
İraqda Türkiyə ordusunun əsgəri həlak oldu, daha bir neçə hərbçi yaralandı
Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pençe-Kilit” əməliyyatında 1 əsgəri həlak olub, daha bir neçə hərbçi yaralanıb. BAKU.WS “Report”a istinadən xəbər...