Türkiyə Müdafiə Nazirliyi Suriya ordusunun verdiyi itkiləri açıqladı
28
fev
2020
14:31
Türkiyə ordusu 33 hərbçisinin ölümünə cavab olaraq Suriya ordusunun mövqelərinə endirdiyi zərbələr zamanı qarşı tərəfin verdiyi itkilər barədə açıqlama verib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar danışıb.
Onun sözlərinə görə, Suriya ordusuna qarşı 200-dən çox zərbə endirilib. Hava hücumu nəticəsində 5 vertolyot, 23 tank, 23 top, bir SA-17, bir SA-22 hava hücumundan müdafiə sistemi, 3 döyüş anbarı, 2 ərzaq anbarı və 1 qərargah binası sıradan çıxarılıb.
Bundan əlavə Suriya ordusunun 309 hərbçisinin öldüyü də bildirilib.
Oxşar xəbərlər
Türkiyənin Suriya ordusuna sərt cavabı - səhərə qədər belə bombardman etdi - VİDEO
Suriya ordusunun Türkiyənin İdlibdəki mövqelərinə təşkil etdiyi hava hücumu zamanı 33 əsgər həyatını itirib, 32 hərbçisi isə yaralanıb. BAKU.WS xəbər verir ki,...