Türkiyə hərbçiləri İraqda şəhid olublar - FOTO

11
iyn
2023
22:30
İraqın şimalında partlayıcının işə düşməsi nəticəsində iki Türkiyə hərbçisi həlak olub.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
"2023-cü il iyunun 11-də "Pəncə-Kilid" əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvləri tərəfindən quraşdırılmış kustar yolla hazırlanmış partlayıcının işə salınması nəticəsində çavuşlar Cem Ahmet Kaya və Halil Şahin yaralanıb. Onlar dərhal xəstəxanaya aparılıb. Lakin bütün müdaxilələrə baxmayaraq hərbçiləri xilas etmək mümkün olmayıb", - deyə nazirlikdən bildirilib.
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) June 11, 2023
Oxşar xəbərlər
Misir, Livan, Suriya və İraqda zəlzələ: 237 nəfər həyatını itirdi - VİDEO
Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələ Yaxın Şərqin bir çox ölkəsində güclü hiss olunub. BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, zəlzələ əs...
