Türkiyədə seçkilərin nəticələri bilindi
01
apr
2019
09:06
Türkiyədə keçirilən növbəti bələdiyyə seçkilərinin nəticələri rəsmən təsdiqlənməsə də, artıq səsvermənin 99 faizi hesablanıb.BAKU.WS “haberler” saytına istinadən xəbər verir ki, qeyri-rəsmi nəticələrinə görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) səsvermədə iştirak edən seçicilərin təxminən 45 faizinin etimadını qazanıb.Lakin “Millət ittifaqı”nda təmsil olunan ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyası (CHP) ikinci yerə sahibdir. CHP 10 vilayətdə və 10 böyükşəhər bələdiyyəsində seçicilərin etimadını qazanıb. Seçkilərdə iştirak edən digər partiyalar bir-birindən az fərqlə qalan yerləri bölüşürlər.CHP Türkiyənin ən böyük şəhərlərində liderliyini təmin edib. Belə ki, Antalyada 50,63%, Ankarada 50,90%, İzmirdə 58,20%, Eskişehir 52,26% səs toplayıb.Bundan başqa, ölkənin siyasi kursunda önəmli yerlərdən birini tutan “Cümhur ittifaqı” blokunda Ədalət və İnkişaf Partiyası ilə birləşən müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) göstəriciləri isə çox aşağı olub.Nəticələrlə bağlı daha ətraflı “Haberler” saytından öyrənə bilərsiz.BAKU.WS
Oxşar xəbərlər
Türkiyədə bələdiyyə seçkiləri keçirilir
Bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir. Bu seçkilərlə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri ilə yanaşı, kəndlərin, şəhər rayonlarının və mə...