Türk dövlətlərindən "Barış pınarı" barədə bəyanat
15
okt
2019
19:05
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII zirvə görüşü başa çatıb.BAKU.WS xəbər verir ki, tədbirin yekununda Bakı Bəyannaməsi imzalanıb.Bəyənnamədə Türkiyənin Suriyada "Barış pınarı" adı ilə keçirdiyi antiterror əməliyyatı dəstəklənib. Bəyannamədə Türk dövlətləri, Türkiyənin "Barış Pınarı" hərəkatının terrorizmlə mübarizəyə, Suriyanın ərazi bütövlüyünün təmin edilməsinə, suriyalıların terrorçuların zülmündən qurtarılmasına və qaçqınların ana vətənlərinə etibarlı və könüllü geri dönüşləri üçün şərtlərin yaradılmasına y6ol açacağına ümid və inamlarını bəyan ediblər.Qeyd edək ki, Bakı sammiti Türk Şurasının yaradılmasına dair 2009-cu il oktyabrın 3-də Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğız Respublikası dövlət başçılarının imzaladıqları Naxçıvan sazişinin 10-cu ildönümünə də həsr olunur.
Oxşar xəbərlər
Türk Şurasının sammitində yekun bəyannamə imzalandı
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII zirvə görüşü başa çatıb.BAKU.WS report-a istinadən xəbər verir ki, tədbirin yekununda Bakı Bəyannam...