Türkiyəli məşhurlar “Barış pınarı” əməliyyatına dəstək olurlar - FOTO
12
okt
2019
13:39
Suriyanın şimalında Türkiyə ordusu tərəfindən aparılan “Barış pınarı” adlı terrorla mübarizə əməliyyatını məşhurlar dəstəkləyib.BAKU.WS xəbər verir ki, Türkiyənin bir çox tanınmış siması sosial şəbəkələrdə əməliyyatı dəstəklədiklərini və bacardıqları qədər yardım edəcəklərini bildiriblər.Cem Yılmaz, Demet Akalın, Murad Boz artıq Mehmetçik Vəqfinə maddi yarıdmlara başlayıblar.Demet Akalın “İnstagram” hesabında yazıb ki, "Bostancı" konsertindən yığılan bütün gəlirləri Türk əsgərlərinə bağışlayacaq.Cem Yılmaz də “Twitter” hesabında 29 oktyabrda keçiriləcək “Bostancı” konsertindən qazanacaq pulların hamısını Mehmetçik Vəqfinə verəcəyini bildirib.Bundan başqa, “Barış pınarı”na dəstək olanlar arasında İbrahim Tatlısəs, Oktay Kaynarca, Nilüfer, Hadisə, Acun Ilıcalı, Mustafa Ceceli, Cüneyt Arkın, Alişan və digərləri də var.Qeyd edək ki, Türkiyə ordusunun Suriyadakı antiterror əməliyyatı 9 oktyabrdan etibarən start götürüb. "Barış pınarı" adlanan əməliyyatda indiyədək 415 terorçu öldürülüb.Fərat çayının şərqinə doğru keçirilən əməliyyatlar PKK, PYD/YPG terrorçularına aid mövqelərə havadan və qurudan zərbələr endirilməklə uğurla davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Türkiyə ordusunun Suriyada zərərsizləşdirdiyi terrorçuların sayı açıqlandı - 415
Suriyanın şimalında Türkiyə ordusu tərəfindən aparılan “Barış pənarı” antiterror əməliyyatı çərçivəsində zərərsizləşdirilən PKK/PYD, YPG terrorçularının sayı 41...