"Tomahawk" və "Burevestnik" qarşıdurması nə ilə nəticələnəcək?
"Global Panorama"nın budəfəki buraxılışında Londonda keçirilən toplantı və onun yaratdığı geosiyasi fon müzakirə olunub.
Verilişdə vurğulanıb ki, Qərbin birliyi Ukraynanın əsas silahı olaraq qalır, lakin bu birlik iqtisadi təzyiqlər və siyasi yorğunluq fonunda ciddi sınaq qarşısındadır. Volodimir Zelenskinin diplomatiyanı silah kimi istifadə etməyi bacardığı, Qərbin isə bu strategiyanı dəstəkləməsinin vacibliyi qeyd olunub. Eyni zamanda Rusiyanın passiv qalmadığı, Vladimir Putinin "Burevestnik" adlı nüvə enerji qurğusuna malik raket barədə bəyanatı ilə Qərbə cavab verdiyi bildirilib.
Prezidentin sözlərinə görə, bu raketin dünyada analoqu yoxdur və istənilən müdafiə sistemini aşa bilər. Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov isə "Burevestnik"in 15 saat havada qalaraq 14 min kilometr məsafə qət etdiyini açıqlayıb.
Belə görünür ki, qarşıdan gələn qış təkcə soyuq deyil, həm də siyasi baxımdan "qasırğalı" olacaq. Ukraynaya "Tomahawk" raketlərinin verilməsi ehtimalı isə yeni böhran dalğasının başlanğıcı kimi qiymətləndirilir.
Daha ətraflı Baku TV-nin reportajında:
Oxşar xəbərlər
Amerikalı ekspert İlham Əliyevi dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edib
Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu 15 liderindən biridir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ABŞ-nin milli təhlükəsizlik üzrə...