Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər 20 faiz artırıldı - MƏBLƏĞ

Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər 20 faiz artırıldı - MƏBLƏĞ
Siyasət 3702
Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncam imzalayıb.Sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilib:Doktorantura pilləsi üzrə:elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manatfəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manatali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:adlı təqaüd alan tələbələrə – 170 manatmagistratura səviyyəsi üzrə:akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manatakademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manatakademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manatbakalavriat səviyyəsi üzrə:akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manatakademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manatakademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manatorta ixtisas təhsili müəssisələrində:akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 75 manatakademik göstəriciləri 71-100 bal olan tələbələrə – 60 manatakademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manatPeşə təhsili müəssisələrinin tələbələrinə – 50 manat.Azərbaycanın ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə bu sərəncamın 1.2-ci və 1.3-cü bəndləri ilə müəyyən edilmiş məbləğlərdə ödəniləcək.Bu sərəncamın 1.1-ci və 1.4-cü bəndləri ilə müəyyən edilmiş təqaüdlər yalnız dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara və peşə təhsili müəssisələrinin tələbələrinə ödəniləcək.Müəyyən edilir ki, təqaüdlərin ödənilməsi, doktorantura pilləsində, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir.“Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamının 1-ci, 1-1-ci və 2-ci hissələri ləğv edilsin.Prezident həmçinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.Fərmana əsasən ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələr üçün Prezident təqaüdünün məbləği 185 manatdan 210 manata artırılıb.Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.Frman və sərəncam 2019-cu il martın 1-dən qüvvəyə minir.BAKU.WS

Son xəbərlər