Təyyarə qəzaya uğradı: beş həftə cəngəllikdə yaşadı

Təyyarə qəzaya uğradı: beş həftə cəngəllikdə yaşadı
Siyasət 497

Braziliyalı pilot Antonio Sena təcili qəza enişindən sonra Amazon cəngəlliyində bir aydan çox vaxt keçirib, quş yumurtaları və yabanı meyvələrlə qidalanıb.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, təyyarə radardan yanvarın axırında yoxa çıxıb. Xilasedicilər axtarışa başlayıblar, ancaq bir həftə sonra əməliyyat dayandırılıb - nə təyyarənin qalıqları, nə də pilotun özü tapılıb.

Sağ qalan şəxsin dediyinə görə, texniki nasazlıq səbəbindən cəngəlliyin ortasına təcili eniş etməli olub. Təyyarə alovlanmazdan əvvəl özü ilə yalnız əşyaları olan bir kürək çantasını götürməyi bacarıb.

Kişi bir aydan çox yalnız meyvə və quş yumurtası yeyərək vəhşi cəngəlliklərdən keçib. Qəzadan beş həftə sonra şabalıd yığan qrupla rastlaşıb və bundan sonra kömək çağırılıb.

Sena'nın susuzluqdan əziyyət çəkdiyi və səyahət əsnasında 25 kiloqramdan çox arıqladığı qeyd edilir. Pilot iddia edir ki, yalnız valideynlərini görmək arzusu onun sağ qalmasına kömək edib

Son xəbərlər