“Amazon” şirkəti sifarişləri pilotsuz təyyarələrlə çatdırmaq üçün icazə aldı
ABŞ-ın Federal Mülki Aviasiya idarəsi ən böyük onlayn riteyler olan “Amazon” tərəfindən yaradılmış “Amazon Prime Air” pilotsuz təyyarələrlə çatdırılma xidmətinin fəaliyyətinə icazə verib. Bu, şirkətə sınaq kommersiya fəaliyyətinə başlamağa imkan verəcək.
BAKU.WS azertac-a istinadən xəbər verir ki, “Amazon” şirkətinin rəsmisi hələ ki, bu barədə ətraflı açıqlama verməyib. Şirkətin ABŞ-ın şimal-qərbində sınaq poliqonları var, bundan başqa pilotsuz təyyarələr Böyük Britaniyada sınaqdan keçirilib. Yalnız o məlumdur ki, şirkət ötən il nümayiş etdirilmiş hibrid konstruksiyalı 6 tərəfli multikopterlərdən istifadə edəcək.
Belə aparatlar üfüqi uçuş zamanı təyyarə kimi hərəkət edərək şaquli olaraq qalxa və enə bilər. Aparat infraqırmızı kameralar, dərinlik sensorları və sonarların kombinasiyası sayəsində hava məkanında hərəkət edə və maneələri dəf edə bilər.
Oxşar xəbərlər
Türkiyənin nüfuzlu media orqanları: Mənsimovun erməni şərikinə 130 il həbs istənildi - VİDEO/FOTO
FETÖ ilə əlaqələrdə təqsirli bilinərək, həbs edilib həbsxanaya göndərilən “Palmali Holding” İdarə Heyətinin sədri Mübariz Mənsimovun ABŞ-dan olan ortağı, həbsdə...