Tehranda yaşayış binasında partlayış olub - Ölənlər var
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün günorta saatlarında İran paytaxtı Tehran şəhərinin Enqelab prospektində üçmərtəbəli binada partlayışın baş verməsi nəticəsində 4 nəfər ölüb.
Bunu İranın Yanğınsöndürmə Təşkilatının sözçüsü Calal Məliki deyib.
C.Məlikinin sözlərinə görə, partlayış nəticəsində üç kişi və bir qadın ölüb. Binada axtarış əməliyyatları davam etdirilir.
Məliki əlavə edib ki, indiyədək binadan müxtəlif yanıq xəsarətləri ilə beş qadın çıxarılıb.
Təşkilat rəsmisi bildirib ki, partlayışa səbəb partlayıcı maddələrin saxlanması olub. Bəzi şəxslər Axır Çərşənbə ilə əlaqədar kustar üsulla pirotexniki vasitələr hazırlayırlar. Bu isə partlayışların baş verməsi ilə nəticələnir.
Oxşar xəbərlər
"İranın yük maşınları Xankəndinə silah-sursat və yanacaq daşıyıb" - RƏY - FOTO
"İranın yük maşınları Xankəndinə silah-sursat və yanacaq daşıyıb". BAKU.WS xəbər verir ki, bunu Report-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Onun...