Tanınmış aktyor 84 yaşında vəfat etdi - FOTO

Tanınmış aktyor 84 yaşında vəfat etdi - FOTO
Siyasət 235

Türkiyəli aktyor Tunç Oral (Tuncer Akoral) vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə mərhumun yaxınları və dostları bildirib.

Yeşilcamın məşhur ulduzunun uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi qeyd edilib. 84 yaşında vəfat edən məşhur bu gün Antalyada Türbeli qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Tunç Oral 1938-ci ildə İstanbulda anadan olub. 1964-cü ildən aktyorluqla məşğul olub, 60-a yaxın ekran işində müxtəlif obrazlar canlandırıb. O həm də prodüser kimi fəaliyyət göstərib.

Son xəbərlər