Tanınmış aktrisadan ETİRAF: "İstədiyim rolları vermədilər, sektordan da qovdular" - FOTO
Məşhur Bollivud ulduzu Priyanka Çopra yeni açıqlaması ilə hər kəsi təəccübləndirib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 22 ildir film sektorunda olan cazibədar aktrisa “Armchair Expert” adlı verilişə qonaq olub.
40 yaşlı Priyanka heç vaxt Bollivud tərəfindən qəbul edilmədiyini, özünü hər zaman bu sektorda kənara atılmış kimi hiss etdiyini deyib.
Karyerasına hind filmlərində rol almaqla başalayan Çopra Bollivuddakı insanlarla heç vaxt yola getmədiyini, bu səbəbdən də ona çox rol verilmədiyini etiraf edib:
“Bir çox səbəblərə görə mənə rol vermirdilər. Heç kimlə razılığa gələ bilmirdim. Bu formada işləməkdən bezmişdim. Nəticədə məni sektordan qovdular”.
Aktrisa hazırda ABŞ-də bəzi aksiyon filmlərində rollara çəkilir.
Xatırladaq ki, ameriaklı müğənni Nik Conasla evli olan Çopra “Baywatch”, “The Matrix Resurrections”, “Love Again” və “Citadel” kimi baxımlı ekran işlərində rol alıb.
Oxşar xəbərlər
Kianu Rivz məşhur filmdəki qırmızı dərmanı hələ də saxlayır - FOTO
Aktyor Kianu Rivz yeni açıqlaması ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, “Matrix” filmində Neo obrazı ilə məşhurlaşan aktyor “Ask-Me-Anything”(Məndən istədiy...