İtaliyalı mütəxəssisdən QORXUNC ZƏLZƏLƏ PROQNOZU - İlin sonunadək...
Türkiyədə Kahramanmaraş mərkəzli 7.7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Anadolu layında 3 metrlik sürüşmə qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu iddia ilə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) rəhbəri, professor Karlo Doqlioni (Carlo Doglioni) çıxış edib.
İtaliyanın zəlzələlər üzrə səlahiyyətli qurumunun rəhbəri Romadakı qərargahda çıxışı zamanı deyib ki, Anadolu layındakı sürüşmə qarşıdakı günlərdə arta bilər:
"Anadolu layı həm yer qabığına, həm Avrasiya layı, həm də Ərəb layına görə cənub-qərb istiqamətində hərəkət edir. Əslində, hərəkətlilik hər gün olur. Bir neçə mikron irəliləyir. Lakin ilin sonuna qədər bu, bir neçə santimetr ola bilər.
Bu bölgədə onilliklərdir davam edən enerji yığılması var. Həmin bölgə enerjini artıq saxlayacaq vəziyyətdə deyil. Anadolu layı cənub-qərb istiqamətində hərəkət etdiyi üçün tıxanma yaranır və enerji bir istiqamətdən çıxır. Zəlzələlər zamanı Anadolu layı 3 metr yerini dəyişib. Bu ilkin təxmindir və arta biləcəyi istisna deyil".
İtaliyalı professorun təxminlərinə görə, Kahramanmaraşda baş verən zəlzələ bizim 7,8 bal gücündə olub və 2G sürətlənməsi müşahidə edilib: "2G - cazibə qüvvəsinin 2 dəfə sürətlənməsi deməkdir və bu, fövqəladə bir sürətlənmədir. Onu da qeyd edib ki, 7,8 bal quruda müşahidə etdiyimiz ən böyük zəlzələdir. 1960-cı ildə Çilidə qeydə alınan 9-9,5 bal gücündə zəlzələ dənizdə baş vermişdi”.
Oxşar xəbərlər
Türkiyədə daha bir zəlzələ oldu - YENİLƏNİB - 2
Türkiyədə daha bir zəlzələ baş verib. BAKU.WS xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Bildirilib ki, zəlzələ Sivasın Gürün bölgəsində 4.1 bal gücündə qeyd...