İtaliyada ard-arda zəlzələlər baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyanın mərkəzi hissəsində, Peruca bölgəsində zəlzələlər baş verib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) mütəxəssisləri bildiriblər.
Məlumata görə, zəlzələlər 4,6 və 3,9 bal gücündə qeydə alınıb.
Yeraltı təkanlar qonşu rayonlarda - Marka və Toskanada da hiss olunub.
Hadisə zamanı dağıntı və tələfat olmayıb.
Səlahiyyətlilər martın 10-u və 11-də Peruca və Assizi şəhərlərində, eləcə də Umbriya bölgəsində yerləşən universitetlərdə dərslərin dayandırılması barədə göstəriş verib.
Oxşar xəbərlər
Tacikistanda yenidən zəlzələ baş verib - VİDEO - YENİLƏNİB
Tacikistan ərazisində günün ikinci yarısında yenidən zəlzələ qeydə alınıb. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Komitəsinin (FHN) mətbuat mərkəzin...