İtaliya Baş naziri istefa verib - YENİLƏNİB

İtaliya Baş naziri istefa verib - YENİLƏNİB
Siyasət 47

İtaliya Prezidenti Sercio Mattarella Baş nazir Mario Draqinin istefasını qəbul edib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, Draqinin ikinci və bu dəfəki uğurlu istefası parlamentdə hökumətə etimadla bağlı keçirilən səsvermədən sonra baş verib.

Bildirilib ki, texniki baxımdan Draqinin kabineti etimad səsi ala bilib, lakin səs verməkdən imtina edən deputatları nəzərə alaraq, azlıq onu dəstəkləyib.

*** 12:36

İtaliya Baş naziri Mario Draqi istefa verib.

BAKU.WS "APA"ya istinadən xəbər verir ki, Draqi istefasını İtaliya Prezidentinə təqdim edib.

Son xəbərlər