İtaliya prezidenti baş nazirin istefasını qəbul etmədi - YENİLƏNİB

İtaliya prezidenti baş nazirin istefasını qəbul etmədi - YENİLƏNİB
Siyasət 77

İtaliya prezidenti Sercio Mattarella Baş nazir Mario Draqinin istefasını qəbul etməyib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, indi prezidentin qərarı ilə İtaliya parlamenti səsvermə keçirməli olacaq ki, bu da Draqi hökumətinin deputatların əksəriyyətinin dəstəyini alıb-almadığını göstərəcək.

Səsvermə çərşənbə günü keçirilə bilər.

***

21.18

İtaliyanın baş naziri Mario Draqi tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Draqi Nazirlər Şurasının iclasında müvafiq bəyanatı İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya çatdıracaq.

“Mən bildirmək istəyirəm ki, bu axşam istefamı respublika prezidentinə təhvil verəcəyəm”, - məlumatda deyilir.

Son xəbərlər