Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdamdakı infrastruktur layihələri ilə tanış olub
3-cü Şuşa Qlobal Media Forumunun mədəni-informasiya proqramı çərçivəsində tədbir iştirakçıları Ağdam şəhərindəki dəmir yolu və avtovağzal kompleksində olublar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qonaqlara Bərdə-Ağdam dəmir yolu xətti layihəsi, eləcə də Bərdə-Ağdam-Xankəndi dəmir yolunun bir hissəsinin tikintisi ilə bağlı planlar barədə məlumat verilib.
Rayonun əsas strateji infrastruktur obyektlərindən biri olan bu nəqliyyat qovşağının təməli 2022-ci il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Kompleks Ağdamın bərpası və müasir şəhər kimi inkişafında mühüm rol oynayır.
Gündəlik 800-dən 1000-ə qədər sərnişinin qəbul edilməsinə hesablanmış dəmir yolu stansiyası 10 may 2025-ci ildə açılıb.
Xatırladaq ki, iyulun 19-da "Rəqəmsal keçidlər: Süni intellekt əsrində informasiya və media dayanıqlığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumu açılıb. Forum iyulun 21-dək davam edəcək.
Qalereya
Oxşar xəbərlər
Ceyhun Bayramov Kaya Kallasla regional məsələləri müzakirə edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçir...