Suriyada 172 sərnişinin olduğu təyyarə təhlükəli anlar yaşayıb
Suriyanın hava məkanından istifadə edən və göyərtəsində 172 sərnişin olan mülki təyyarə Rusiyanın Hmeymim hərbi bazasına təcili eniş edib.
BAKU.WS xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, cümə axşamı gecə saat 2-dən sonra təyyarə Suriyanın hava məkanına girmədən İsrailin dörd ədəd "F-16" qırıcısı Dəməşqin ətrafına 8 raket atıb.
Suriya hökumət qoşunları İsrail hücumunun qarşısını almaq üçün zenit-raket müdafiə sistemlərindən fəal istifadə edib.
Təhlükəli ərazidə olan “Airbus-320” təyyarəsi Dəməşq hava limanı əvəzinə Rusiyanın Hmeymim hərbi bazasına təcili eniş edib.
Oxşar xəbərlər
SON DƏQİQƏ: İstanbulda təyyarə qəzaya uğradı - FOTO (YENİLƏNİB)
İzmirdən İstanbula uçan sərnişin təyyarəsi Sabiha Gökçən hava limanında sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb. BAKU.WS-in məluma...