Süni intellektin əvəz edə bilməyəcəyi 3 PEŞƏ - Bill Qeyts açıqladı
“Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts süni intellektin sosial faydaları barədə həmişə nikbin bəyanatlar verib. Ancaq indi hətta milyarder iş adamları da süni intellektin onların işlərini əlindən ala biləcəyindən narahatdırlar.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Bill Qeyts süni intellektin faydaları və zərərləri haqqında danışıb.
O, süni intellektin biznes sahələrinə təsirindən danışarkən, “Hətta işimi də itirə bilərəm” deyib.
Qeytsin açıqlamalarına görə, universitetə daxil olan gənclər üçün ən yaxşı üç karyera planı bunlardır: alternativ enerji, sağlamlıq bioelmləri və inkişaf edən süni intellektin özü ilə əlaqəli sahələr.
Milyarder iş adamının sözlərinə görə, bu üç sahə süni intellektin insanların əlindən ala bilmədiyi biznes qollarıdır.
Qeyts 2024-cü ilə dair proqnozları ilə bağlı yazdığı yazıda, "Biz indi süni intellektin təkbaşına hansı işləri görə biləcəyini və hansı işlərdə köməkçi olacağını daha yaxşı başa düşürük", - deyə vurğulayıb.
Bill Qeyts deyib ki, səhiyyə və alternativ enerji sahələrində iş yerləri süni intellektin gələcəyi üçün ən vacib və tətbiq oluna bilən sektorlardır.
Oxşar xəbərlər
Bill Qeytsin rus qadınla münasibəti ortaya çıxdı
İnsan alverində ittiham olunan maliyyəçi Cefri Epşteyn "Microsoft"un qurucusu, milyarder Bill Qeytsi Rusiyadan olan Mila Antonova adlı aktrisa ilə gizli münasib...