İstanbulda gərginlik - Polis Taksim yürüşünə icazə vermədi, xaos yaşandı - FOTO

İstanbulda gərginlik - Polis Taksim yürüşünə icazə vermədi, xaos yaşandı - FOTO
Foto
Siyasət 66

Türkiyənin İstanbul şəhərində 1 May Əmək və Həmrəylik Gününü üçün Saraçhanedən Taksimə yürüş etmək istəyən qruplar polisin müdaxiləsi ilə qarşılaşıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun çəkən qarşıdurmadan sonra Taksimə buraxılmayan qruplar ərazini tərk etmək qərarına gəlib.

CHP və DİSK Saraçhanedən Taksimə birlikdə yürüş edəcəklərini elan etdikdən sonra bütün gözlər bu nöqtəyə çevrilib. Yürüş üçün toplanan izdiham polisin müdaxiləsi ilə qarşılaşıb.

Qrup irəliləməyə çalışdıqdan sonra çıxan davaya polis bibər qazı və rezin güllələrdən istifadə edərək müdaxilə etməyə başlayıb. Hadisələr zamanı saxlanılanlar da olub. Taksimə yürüş etməyə icazə verilməyən qruplar bir müddət sonra ərazini tərk etmək qərarına gəlib.

Yeraltı keçidin barmaqlıqlarında gözləyən qrup, təhlükəsizlik tədbirlərinə dəstək olmaq üçün yeraltı keçiddən Bozdoğan tağına gələn çevik polis qruplarına səki daşları atıb. Hadisə zamanı çoxlu sayda polis əməkdaşı yaralanıb. Yaralı polislər üçün hadisə yerinə təcili yardım maşınları gəlib.

Son xəbərlər