Srebrenitsada həlak olan daha 50 bosniyalı dəfn edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bosniyada hər 11 iyulda olduğu kimi ənənəvi dəfn mərasimi keçirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, şəxsiyyəti müəyyən edilmiş 50 cəsəd qalığı bu gün dəfn edilib.
Hüquq-mühafizə orqanlarındakı mənbələr bilidir ki, şəxsiyyəti müəyyən edilən meyitlərin sayı ildən ilə azalır. Bunun başlıca səbəbi hadisənin üzərindən 30 ilə yaxın vaxt keçməsidir. Digər tərəfdən meyitlərin çoxu parçalanmış şəkildə aşkar edilir. Cinayətin izini itirmək üçün öldürülənlər hadisə yerindən uzaqda dəfn edilib.
Bosniya İtkin Şəxslər İnstitutunun məlumatına görə, hazırda 1200 nəfər itkin kimi qeydiyyatdadır.
Qeyd edək ki, 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusu 1995-ci ilin iyulunda 8500-dək bosniyalı müsəlmanı qətlə yetirib. Srebrenitsa soyqırımı II dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qırğın hesab edilir.
Oxşar xəbərlər
Ukraynalı jurnalist Azərbaycanın işğaldan azad olunan ərazilərindən geniş reportaj hazırlayıb - FOTO
Azadlıq Radiosunun Ukrayna xidmətinin saytında Azərbaycanın işğaldan azad olunan əraziləri ilə bağlı geniş məqalə dərc edilib. BAKU.WS "AZƏRTAC"a istinadən xəbə...