İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı - Maliyyə Nazirliyinə görə

30
okt
2019
14:32
İsrailin Azərbaycandakı səfirliyinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.BAKU.WS xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.Bildirilib ki, buna İsrail Maliyyə Nazirliyinin qərarı səbəb olub:“Belə ki, bu ilin 21 iyulunda İsrail Maliyyə Nazirliyinin Baş direktoru tərəfindən imzalanan və on illiklərdir ki, mövcud olan protokolu dəyişdirən birtərəfli prosedurun tətbiq edilməsi səbəbindən diplomatik nümayəndəliyi bağlamaq məcburiyyətində qalırıq. Səfirlikdə heç bir konsulluq xidmətləri göstərilməyəcək və heç kimin səfirliyə girişinə icazə verilməyəcək. İsrail diplomatları hər zaman ölkənin gücü və dayanıqlığını artırmaq üçün səy göstərməyə sadiqdirlər. Təəssüf ki, Maliyyə Nazirliyinin qərarı bizi İsrail dövlətinin həyati mənafelərinə xələl gətirdiyindən yuxarıda göstərilən tədbirləri həyata keçirməkdən başqa bir seçim qoymur. Ümid edirik ki, bu böhran ən qısa zamanda həll ediləcək”.Qeyd edək ki, İsrail Maliyyə Nazirliyinin qərarına görə bu ölkənin bütün dünyadakı səfirlikləri fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Oxşar xəbərlər
İsrail hava hücumundan müdafiə üçün yeni sistem hazırlayacaq
Səudiyyə Ərəbistanında neft kəmərlərinə Yəmənin husi qüvvələri tərəfindən edilən dron hücumlarından sonra İsrail hökuməti də ehtiyatlanmağa başlayıb.BAKU.WS “An...
