Azərbaycanın dostu İsrailin müdafiə naziri oldu
İsrailin sabiq XİN rəhbəri və "Bizim Evimiz - İsrail" mühafizəkarlar partiyasının lideri Aviqdor Liberman müdafiə naziri postuna təyin edilib. ANS PRESS-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Mənbədə bildirilir ki, Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə təyinat Libermanın hakim koalisiya partiyasına daxil olmasının əsas şərti idi.
Hakim koalisiya"İsrail - Bizim Evimiz" partiyasının parlamentdə mandatlarının sayı 66-dək artacaq. Bu ana qədər baş nazir Binyamin Netanyahu ilə kolisiyası Knessetdə 120 yerdən 61-ni tutub.
Əvvəlki müdafiə naziri Moşe Yaalon vəzifəsindən istefa verib. O, istefasını ölkənin baş nazirə olan "etibar çatışmazlığı" ilə əlaqələndirib.
BAKU.WS
Oxşar xəbərlər
Ermənistan gizli toplantı - müdafiə naziri Qarabağla bağlı hesabat verir
Ermənistan Müdafiə naziri Seyran Ohanyan parlament deputatları ilə qapalı görüş keçirir. BAKU.WS Ermənistan KİV-nə istinadən xəbər verir ki, müzakirənin əsas...