Sabiq baş nazir Azərbaycan şirkətindən yüz minlərlə dollar alıb

Sabiq baş nazir Azərbaycan şirkətindən yüz minlərlə dollar alıb
Hadisə 1153

 

İsrailin keçmiş baş naziri və keçmiş müdafiə naziri, yəhudi dövlətinin ən nüfuzlu siyasətçilərindən biri olan Ehud Baraka qarşı korrupsiya şübhəsi ilə təhqiqat aparılır.

Virtualaz.org xəbər verir ki, İsrailin istintaq orqanları Ehud Barakın Azərbaycanla "şübhəli pul sövdələşməsini” araşdırır. "Haaretz” qəzetinin yazdığına görə iki həftə əvvəl İsrailin baş prokuroru İequda Vaynşteyn keçmiş baş nazirdən Azərbaycanın "iri dövlət şirkətlərindən biri ilə” bütün elektron yazışmalarını istintaqa verməyi tələb edib.

Qəzetin yazdığına görə polis Ehud Baraka qarşı təhqiqatı Bakının ona bir neçə yüz min dollar ödədiyi məlum olandan sonra başladıb. Bu məbləğin Eud Baraka "məsləhət xidmətlərinə görə ödənildiyi” bildirilir. Lakin versiyalardan birinə görə bu, rüşvət ola bilər.

İsrail hökumətindəki mənbələ isə deyiblər ki, əgər Ehud Barakın yazışmalarının öyrənilməsi polisin başlatdığı təhqiqatda dramatik dəyişikliklərə səbəb olmasa Yequda Vaynşteyn keçmiş baş nazirə və müdafiə nazirinə qarşı qaldırılmış işin bağlanmasına sərəncam verəcək.

Ehud Barak 2013-cü ilin mayında Bakıda təşkil olunmuş I Cənubi Qafqaz Forumunda d iştirak edib. Ötən il isə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək üçün Bakıda olub. Ehud Barak Nizami Mərkəzinə üzv də seçilib.

Ehud Barak Azərbaycanla korrupsiya əlaqələrində şübhəli hesab edilən ilk İsrail xadimi deyil. Virtualaz.org xəbər vermişdi ki, bundan əvvəl İsrailin sabiq müdafiə naziri və "Avoda” partiyasının keçmiş lideri Binyamin (Fuad) Ben-Eliezer də Azərbaycandan silah satışına görə rüşvət almaqda şübhəli bilinmişdi.

İstintaqın nəticələrinə görə, Ben-Eliezerə qarşı ittiham aktı elan olunub.İsrail prezidentliyinə keçmiş namizəd də olan sabiq müdafiə naziri çoxsaylı cinayətlər törətməkdə və korrupsiyada ittiham olunur. Məsələn, Ben-Eliezer biznesmenlərlə, o cümlədən israilli milyarder Avraam Nanikaşvili ilə korrupsiya əlaqəsinə girməkdə, "Şemen” neft şirkətinin maraqları üçün lobbiçilik etməkdə, "çirkli pul” yuyulmasında, vergidən yayınmaqda və s. günahlandırılır.

İstintaq İsrail siyasətinin 79 yaşlı veteranına qarşı müdafiə naziri olarkən rüşvət almaq, pul yumaq, habelə Azərbaycan, Gürcüstan və digər ölkələrə silah satışına icazə vermək kimi ittihamlar da irəli sürüb.

BAKU.WS

Oxşar xəbərlər

İsraildən Türkiyəyə qardaş təklifi

İsraildən Türkiyəyə qardaş təklifi

Türkiyə ilə Rusiya arasında münasibətlər gərginləşəndən sonra hər iki ölkə arasında iqtisadi əlaqələr də korlanıb. BAKU.WS-in məlumatına görə, Türkiyə Rusiyanı...

965 İqtisadiyyat 12:30 10 dekabr 2015

Son xəbərlər