İsrail XİN başçısı Katz: Hizbullah geri çəkilməsə, bunun əvəzini bütün Livan ödəyəcək”

25
yan
2024
09:38
İsrailin xarici işlər naziri Yisrael Katz hədələyib ki, Hizbullah İsrail sərhədindəki toqquşmalardan geri çəkilməsə, bunun əvəzini bütün Livan ödəyəcək.
BAKU.WS xəbər verir ki, bu barədə İsraildə rəsmi səfərdə olan britaniyalı XİN başçısı David Cameronla keçirilən görüşdən sonra İsrail Xarici İşlər Nazirliyindən yazılı açıqlama bildirilib.
İsrailin xarici işlər naziri açıqlamasında "İran və onun bölgədəki silahlarına qarşı addım atmaqdan çəkinməyəcəyik.
Hizbullah geri addım atmasa, bunun əvəzini bütün Livan ödəyəcək" deyə qeyd olunub.

Oxşar xəbərlər
Livan-İsrail sərhədindəki atışmada 5 Hizbullah mənsubu ölüb
Livan-İsrail sərhədindəki atışmada 5 Hizbullah mənsubu ölüb. BAKU.WS-in məlumatına görə, Hizbullah cənub sərhədindəki insidentlə bağlı yazılı açıqlama yayıb. Aç...