İsrail Qəzzanı dənizdən də vurdu

İsrail donanmasının hücum katerləri Aralıq dənizi sahilində Qəzza zolağının mərkəzi hissələrini və Xan Yunus şəhəri sahilindəki yaşayış məntəqələrini dənizdən vurur.
BAKU.WS xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.
Xatırladaq ki, HƏMAS-ın oktyabrın 7-də başlatdığı əməliyyatdan sonra İsrail ordusunun Qəzza və İordan çayının qərb sahilinə hücumları davam edir.
Fələstin İsrailin Qəzza və İordan çayının qərb sahilinə təşkil etdiyi hücumlarda indiyədək 704 nəfərin öldüyünü, təxminən 4 min adamın isə yaralandığını açıqlayıb.
Qəzzadan edilən hücumlarda ölən israillilərin sayı 900-ü keçib.
Oxşar xəbərlər
HƏMAS İsrailə necə sızdı? - MARAQLI FAKTLAR - FOTO
İsrail bölgənin ən güclü kəşfiyyat xidmətlərindən biri olan Mossadın HƏMAS-ın hücumunu qabaqcadan görə bilmədiyi üçün hazırlıqsız yaxalanıb. BAKU.WS "CNN Türk"ə...
