İspaniyada 34 nəfər danışılmış oyunlara görə saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniya Mülki Qvardiyasının Kadis şəhərində keçirdiyi əməliyyat nəticəsində 34 nəfər danışılmış oyunlara görə saxlanılıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, onlar futbol matçlarının nəticələrini manipulyasiya etməkdə və qanunsuz mərc oyunlarının təşkilində ittiham olunurlar.
İddiaya görə, "Konil de la Frontera" komandasının qapıçısı və müdafiəçilərindən biri qeyri-qanuni fəaliyyət göstərən bukmeker kontorlarından pul alıb.
Saxlanılan 34 nəfərdən 6-sı hazırda üçüncü divizionda oynayan futbolçulardır. Dəstənin qalan üzvləri isə çirkli pulların yuyulması ilə məşğul olur.
Oxşar xəbərlər
Zelenski Milli Qvardiya komandirinə yeni müavin təyin etdi - FOTO
Ukayna Prezidenti Volodimir Zelenski Ukrayna Milli Qvardiyasının komandanına yeni müavin təyin edib. BAKU.WS Ukrayna KİV-ə istinadən xəbər verir ki, müvafiq fər...