SON DƏQİQƏ - Türkiyədə bu axşam da zəlzələ oldu

SON DƏQİQƏ - Türkiyədə bu axşam da zəlzələ oldu
Siyasət 3251

Bu gün axşam saatlarında Türkiyə yenə yeraltı təkanlardan lərzəyə gəlib.

BAKU.WS xəbər verir ki, AFAD tərəfindən yayılan məlumatda zəlzələnin Adana vilayətində qeydə alındığı bildirilib. 4,8 bal gücündə zəlzələ baş verən yeraltı təkanların dərinliyi 7 km olub. Zəlzələnin episentri Kahramanmaraşdadır.

Dağıntılar və təlafat barədə açıqlama verilməyib.

Qeyd edək ki, fevral ayının 6-da Türkiyənin 10 rayonunda dəhşətli zəlzələ baş verib. Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 19 388 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 77 711 nəfər yaralanıb.

Son xəbərlər