Siyavuş Novruzov: "Yerlərdəki nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Yerlərdəki nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir".
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili vurğulayıb ki, Nazirlər Kabinetinin nümunəvi qəbiristanlıqlarla bağlı qərarı var:
"O vaxt biz bunu qanun şəklində qəbul etmək istəyirdik. Hesab edirəm ki, bunu qanun şəklinə salmaq lazımdır. Yerlərdə nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir.
Çünki aztəminatlı ailələrin hamısı bələdiyyələrə müraciət edir. Bələdiyyələr də bunu həyata keçirməlidir, kimin imkanı yoxdur, ona köməklik etməlidir".
Oxşar xəbərlər
Prezident İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. Dövlətimizin...