Sinan Oğan seçkilərin ikinci turunda kimi dəstəkləyəcəyini AÇIQLADI
Yeniliklərdən dərhal xəbərdar olun
“Ata İttifaqını”nı təşkil edən siyasi partiyalarla, onların bizə səs verən nümayəndələri ilə, imza atanlarla məsləhətləşib, yekunda qərar verəcəyik”.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu “ATA İttifaqı”nın namizədi Sinan Oğan prezident seçkisinin ikinci turunda kimə dəstək olacağı ilə bağlı sualı cavablandırarkən bildirib:
"Bizim duruşumuz əvvəldən bəlli idi. Dediklərimiz çox açıq idi, ölkəmizə sığınan qaçqınların göndərilməsi, iqtisadi böhranın səbəblərindən biri olan faiz, inflyasiya və digər cəfəngiyyatların aradan qaldırılması kimi şərtlərimiz var. Bu şərtlər olmadan ikinci mərhələyə keçilə bilməz. Terrorla, xüsusilə FETÖ, PKK və Hizbullahla mübarizə prioritetlərimizdən biridir".
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri ötən gün baş tutub. Seçkilərinin ikinci turu isə mayın 28-ikeçiriləcək. Son məlumata görə, "Cumhur İttifaqı"nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,36 faiz, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,99 faiz, "ATA İttifaqı"nın namizədi Sinan Oğan isə 5,21 faiz səs toplayıb.
Oxşar xəbərlər
Türkiyədə seçkilərin ikinci turu bu tarixdə keçiriləcək
Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-i baş tutacaq. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə bu gün YSK sədri Ahmet Yener...