Türkiyədə seçkilərin ikinci turu bu tarixdə keçiriləcək

Türkiyədə seçkilərin ikinci turu bu tarixdə keçiriləcək
Siyasət 149

Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-i baş tutacaq.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə bu gün YSK sədri Ahmet Yener keçirdiyi brifinqdə bildirib.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri ötən gün baş tutub. Son məlumata görə, "Cumhur İttifaqı"nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,36 faiz, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,99 faiz, "ATA İttifaqı"nın namizədi Sinan Oğan isə 5,21 faiz səs toplayıb.

Son xəbərlər