Türkiyədə bülletenlərin 98 faizi sayılıb, Ərdoğan liderdir - YENİLƏNİB
Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 98,06 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,34 faiz səslə öndədir.
İkinci yerdə 45 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.
Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,24 faiz).
Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.
***07:46
Türkiyədə keçirilən prezident və parlament seçkilərində səslərin 91,93 faizi sayılıb.
Bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bildirib.
Onun sözlərinə görə, yerli vaxtla 02:25-ə olan məlumata əsasən, Rəcəb Tayyib Ərdoğan 49,49 faiz, Kamal Kılıçdaroğlu 44,79 faiz, Sinan Oğan 5,29 faiz, Məhərrəm İncə 0,43 faiz səs yığıb.
Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı səsvermə başa çatıb. Hazırda seçki məntəqələrində səslər sayılır. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Ölkə daxilindəki seçici sayı 60 milyon 697 min 843 nəfərdir. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.
Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır: “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan. “Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib. “Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur. “Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir. Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.
Oxşar xəbərlər
Türkiyə seçkilərində son rəqəmlər: Ərdoğan liderdir - YENİLƏNİR
Türkiyədə səsvermə qutularının 99,01 faizi açılıb. Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Son məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,36 faiz...