Simonyan porno saytların köməyi ilə RT-nin trafikini artırıb

Simonyan porno saytların köməyi ilə RT-nin trafikini artırıb
Siyasət 310

Marqarita Simonyanın simasında “Russia Today” kanalı 7 iyul 2020-ci ildə Sobol, Navalnı və jurnalist Aksana Panovaya qarşı qaldırdığı “işgüzar nüfuzun qorunması üzrə” iddiasını geri götürüb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, iddiaya səbəb Lyubov Sobolun araşdırması olub. Jurnalist Simonyanın porno saytlar da daxil olmaqla, digər resursların köməyilə baxış və şərhlərin sayını artırdığını sübut edib.

Rusiya mətbuatında işıqlandırılmayan işin bağlanması Sobolun haqlı olduğu anlamına gəlir.

Qeyd edək ki, “Rossiya Seqodnya” və RT media qrupunun baş redaktoru Marqarita Simonyan RT-nin “YouTube” kanal şəbəkəsinin on milyard baxış sayına çatdığını, hətta CNN-i də qabaqladığını dedikdən sonra Sobol araşdırmaya başlayıb. O, sübut edib ki, baxış və aktivlik sayını yüksək göstərməklə Simonyan media qrupunun milyardlarla dollarlıq büdcəsini əsaslandırıb.

Mənbə: Ateo Breaking “Telegram” kanalı

Son xəbərlər