Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçiriləcək

Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçiriləcək
Siyasət 937
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 30-da saat 11.00-da bütün hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək.BAKU.WS Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər. Qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil olunacaq.Hərbi hissələrdə komandanlığın iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə görüşlər təşkil olunacaq, qonaqları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.BAKU.WS

Oxşar xəbərlər

Əsgər valideynlərinə ŞAD XƏBƏR

Əsgər valideynlərinə ŞAD XƏBƏR

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, sentyabrın 2-də saat 11.00-da Qurban bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər val...

8684 Sosial 20:24 28 avqust 2017

Son xəbərlər