Müdafiə Nazirliyindən əsgər valideynlərinə şad xəbər

Müdafiə Nazirliyindən əsgər valideynlərinə şad xəbər
Siyasət 5031

 

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, bu gün saat 11.00-da Silahlı Qüvvələr Günü bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı” təşkil olunur.

BAKU.WS-in məlumatına görə, həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edirlər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən "Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunur, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilir.

BAKU.WS

Oxşar xəbərlər

Müdafiə nazirindən əsgər ailələrinə ŞAD XƏBƏR

Müdafiə nazirindən əsgər ailələrinə ŞAD XƏBƏR

Silahlı Qüvvələrdə "Açıq qapı” günü keçiriləcək. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşı...

1256 Siyasət 10:03 19 iyun 2017

Son xəbərlər