Əsgər ailələrinə ŞAD XƏBƏR
Novruz bayramı münasibətilə martın 20-də saat 11.00-da Silahlı Qüvvələrin bütün hərbi hissələrində əsgər valideynləri və yaxınları üçün "Açıq qapı” günü təşkil olunacaq.
BAKU.WS Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, həmin gün ziyarətçilər, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanalarına və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.
Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.
BAKU.WS
Oxşar xəbərlər
Nazirlikdən bayramla bağlı valideynlərə şad xəbər
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Qurban bayramı ərəfəsində sentyabrın 11-də saat 11.00-da hərbi hissələrdə "Açıq qapı" günü...